My Group MMC hər zaman istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi və təhlükəsizliynə ciddi yanaşır. Bu Məxfilik Siyasəti istifadəçinin şəxsi məlumatlarının toplanılması, saxlanılması, istifadəsi və müdafiəsi qaydalarını müəyyən edir.

Məlumatın toplanması

Saytlarımizda istifadəçinin qeydiyyatı, daxil olması və ya məhsulların sifarişi zamanı, həmçinin sayt istifadənin başqa hallarında, İstifadəçi vebsayta öz şəxsi məlumatlarını təqdim edir.

My Group aşağıdakı mənbələrdən müxtəlif məlumatlar əldə edir:

  • - onlayn müraciət formaları;
  • - veb sayta abunə ol, onlayn əlaqə

Bundan əlavə, biz sizin kompüterinizin İP-ünvanını qeydə alaraq, daxil olduğunuz səhifələr və cihazınız (cihazın adı, model, əməliyyat sistemi) haqqında məlumatları əldə edib yadda saxlayırıq.

Məlumatların istifadə olunması

Biz əldə olunan məlumatları növbəti məqsədlər üçün istifadə edirik:

  • - istifadəçi tərəfindən verilən sualların cavablandırılması üçün;
  • - MyGroup - un fəaliyyəti haqqında yeniliklərin istifadəçiyə göndərilməsi üçün;
  • - Sifarişi tamamlamaq üçün

My Group – un veb səhifələrində və saytlarında digər veb-səhifərə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələri baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görürük. Bu səhifədəki qaydalar yalnız bizim saytda toplanılan məlumatlara şamil olunur.

My Group – un veb saytlarından istifadə edərək barənizdə məlumatların toplanması və işlənməsinə razılıq bildirmiş hesab edilirsiniz. Veb saytın xidmətlərindən istifadə çərçivəsində vətəndaşlar tərəfindən təqdim edilmiş şəxsi məlumatlar və əlaqə vasitələri (ünvan, telefon, e-mail ünvanı və s.) üçüncü tərəfə ötürülmür.

İstifadəçi saytlarımiza özü haqqında şəxsi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir, həmçinin də şəxsi məlumatların və informasiyanın mygroup.az tərəfindən işlənməsinə və ya işlənməsi üçün üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.

Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır:

  • - Saytın fəaliyyətinin yaxşılaşdırılması üçün statistik və analitik məlumatların alınması;
  • - Saytda göstərilən xidmətlərin seciminin genişləndirilməsi;
  • - Qüvvədə olan qanunvericiliyin tələblərinə riayətin təminatı

İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır. My Group MMC istifadəçinin şəxsi məlumatlarına üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün mümkün təhlükəsizlik tədbirlərini təmin edir. Saytlarımızda olan texniki xarakterli informasiya, IP-ünvanlar, vebsayt tərəfindən statistik və analitik məqsədlər üçün istifadə olunur. Veb səhifələrimiz üzərindən verdiyiniz sifarişlərin başa çatdırılması, təhlili və inkişaf etdirilməsi, istifadənin artırılması, hüquqi baxımdan lazım olan hallarda məlumat təmin olunması və sayta və ya üçüncü şəxslərə aid veb saytlar üzərində diqqətinizi çəkəcək kampaniya və istiqamətləndirmələr üçün istifadə edilir. Məxfilik Siyasətinin həyata keçirilməsi ilə bağlı yarana biləcək hər cür mübahisələrin həlli Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilir. My Group MMC Məxfilik Siyasətinə dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər. Əgər İstifadəçi bu siyasət və qaydalar ilə razı deyilsə, o saytlarımızdan istifadəni dayandırmalıdır. Əgər İstifadəçi saytlarımızdan istifadə etməyə davam edirsə, o bizim siyasət ilə razılaşır və Məxfilik Siyasətimizi və qaydaları bütövlükdə qəbul edir.