MyWrestling Club

MyWrestling Azərbaycan idmanının inkişafına töhfə verən və MyGroup Holdinqin tərkibinə daxil olan sərbəst güləş klubudur. Klub gənc və peşəkar idmançıların yetişdirilməsi, beynəlxalq arenalarda uğurlar qazanması və Azərbaycanın idman mədəniyyətini yüksəltməyi hədəfləyir.

MyGroup Holdinqin dəstəyi ilə MyWrestling klubu həm fiziki, həm də mənəvi dəyərləri ön planda tutaraq, gənc idmançıların hərtərəfli inkişafına yönəlmiş proqramlar həyata keçirir.

MyWrestling-in əsas məqsədi Azərbaycan güləşinin sistemli və davamlı inkişafını təmin etməkdir. Bizim üçün əsas prioritetlər:

● Uşaq və gənclər arasında peşəkar idman mühitinin formalaşdırılması
● Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək güclü idmançıların yetişdirilməsi
● Qısa müddətli nəticələr deyil, uzunmüddətli idman dəyəri və məktəb sistemi

MyWrestling klubu qısa müddət ərzində Azərbaycan güləşində öz sözünü deyən aparıcı mərkəzlərdən birinə çevrilmişdir.

U17 Dünya və Avropa çempionları
U20 Avropa çempionu
Bir neçə il ardıcıl Azərbaycan çempionları
27 beynəlxalq medal
41 ümumi medal

MyWrestling klubu gənc idmançıların peşəkar şəkildə hazırlanması üçün BakıGəncə şəhərlərində müasir idman zalları açmışdır. Bu zallar ən son avadanlıqlarla təchiz olunmuş və idmançıların yüksək səviyyədə məşq etmələri üçün hər cür şərait yaradılmışdır.

Bakı filialı Sulutəpə bölgəsində yerləşir və Ruslan Şəmilovun təcrübəli rəhbərliyi ilə fəaliyyət göstərir. Gəncə filialı isə Rauf Xəlilovun rəhbərliyi altında yerli istedadların inkişafına töhfə verir.

Bu idman zalları idmançılara texniki bacarıqlarını inkişaf etdirmək, fiziki güclərini artırmaq və beynəlxalq yarışlara peşəkar şəkildə hazırlaşmaq üçün mükəmməl imkanlar təqdim edir.