MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti yüksək, qiymətləri isə münasibdir.

Şirkətin satış və xidmət sahəsində uzun illər təcrübəsi var. İstənilən mobil cihazların, eko-sistemlərin və məişət texnikasının həm pərakəndə, həm də topdan satışını həyata keçiririk. 

 MyShops mağazalarında kredit və debet kartlarından istifadə etməklə nağd alış-veriş etmək, BolKart, BirKart və WorldKart kimi Taxit kartları ilə də ödəniş etmək mümkündür. Həmçinin istənilən məhsulu 3/6/12/24 ay müddətinə ilkin ödənişsiz və komissiyasız bank vasitəsilə kreditlə almaq mümkündür. 

Şirkət Apple şirkətinin Azərbaycanda səlahiyyətli reselleri, Xiaomi şirkətinin səlahiyyətli reselleri, Vertu-nun eksklüziv distribyutorudur və məhsulları istehsalçıların zəmanəti ilə satır. Myshops Apple ilə yanaşı Samsung, Huawei, Nokia, Meizu və s. kimi brendlərin Azərbaycana ilk rəsmi idxalçılarından biridir.

 Bütün telefonlar ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sertifikatlaşdırılıb və qeydiyyatdan keçib. 

Davamlı keyfiyyətə, etik dəyərlərə sadiqliyimiz və müştəri məmnuniyyətinin davamlı axtarışı bizi daim gözləntiləri aşmağa və keyfiyyətli xidmətin sərhəd tanımadığı bir dünya yaratmağa sövq edir. 

Məqsədimiz şirkətin imici, yeni bazarların inkişafı, və regionlarda layihələrin həyata keçirilməsi. 

Korporativ (B2B) və topdansatış suallarınız üçün [email protected] elektron poçtu ilə əlaqə saxlayın.

Ünvan:


  • Bakı şəhəri, Gənclik Mall 2-ci giriş 1-ci mərtəbə
  • Bakı şəhəri,Bülbül prospekti 38a
  • Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 19
  • Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 30C


Telefon: *8989

Sayt: myshops.az